İcra Hakimiyyəti
Vətəndaşların qəbulu
- Rayon İcra Hakimiyyətinin başçısı, onun qəsəbə inzibatə ərazi dairəsi üzrə nümayəndələri və dövlət qurumlarının yerli təşkilat rəhbərləri tərəfindən vətəndaşların birbaşa qəbulu keçirilir, RİHB-nin qəbuluna hər gün yazılış aparılır, bunun üçün RİH binasında xüsusi otaq ayrılmışdır. Vətəndaşlar RİHB tərəfindən hər həftənin bazar ertəsi günü saat 10:00-dan etibarən məhdudiyyətsiz qəbul edilir, bayram günlərinə düşən qəbullar növbəti günə keçirilir.
- Müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@surakhani-ih.gov.az elektron poçt ünvanı, facebook, instagram, twitter səhifələri, "Qaynar xətt" telefonu fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilir.
- Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına uyğun olaraq 05 yanvar 2017-ci il tarixdən rayon İcra Hakimiyyətinə vətəndaşlardan və dövlət orqanlarından, o cümlədən Prezident Administrasiyasından daxil olan müraciətlərin elektron informasiya sistemi vasitəsi ilə qeydiyyatının aparılması, dövriyyəsinin təmin olunması, icrasına nəzarət edilməsi və təhlilinin aparılması davam etdirilmiş, daxili kompyuter şəbəkəsinin imkanlarından tam istifadə edilir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında
2026-cı il üçün vətəndaşların qəbulu
CƏDVƏLİ
|
Sıra №-si |
Həftənin günləri |
Soyadı, adı və atasının adı |
Vəzifəsi |
Qəbulun saatı |
|
1 |
Bazar ertəsi |
Əliyev Adil Abış oğlu |
Rayon İcra Hakimiyyətinin başçısı |
saat 10.00-dan etibarən |
|
2 |
Çərşənbə axşamı |
Axundova Könül Arif qızı |
Rayon İcra Hakimiyyəti başçısının müavini |
saat 14.00-dan etibarən |
|
Ağayeva Sevinc Eldar qızı |
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri |
saat 14.00-dan etibarən |
||
|
3 |
Çərşənbə |
Allahverdiyev Xanoğlan Əhməd oğlu |
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
saat 14.00-dan etibarən |
|
Hacıyev Rəşad Zülfəli oğlu |
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini |
saat 16.00-dan etibarən |
||
|
Cəfərov Camal Cəmil oğlu |
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri |
saat 17.00-dan etibarən
|
||
|
4 |
Cümə axşamı |
Hüseynov Elmar Etibar oğlu |
Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri |
saat 14.00-dan etibarən |
|
Cəbrayılov Fuad Höcətağa oğlu |
Rayon İcra Hakimiyyəti başçısının müavini |
saat 16.00-dan etibarən |
||
|
|
Rayon təsərrüfatı şöbəsi |
saat 17.00-dan etibarən |
||
|
5 |
Cümə |
Zahirli Elşən Həsən oğlu |
Hüquq şöbəsinin müdiri |
saat 14.00-dan etibarən |
Qeyd:
- Milli qəhrəmanlar və onların ailə üzvləri, Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, Vətən müharibəsi əlilləri, eləcə də digər imtiyazlı vətəndaşlar növbədənkənar qəbul edilir.
- Qəbul günü qeyri iş gününə təsadüf etdikdə növbəti qəbul sonrakı ilk iş günündə aparılır.
- Vətəndaşların qəbulu ilə əlaqədar əlaqə telefonları: 012-452-39-06; 012-452-39-10 (daxili - 141, 157, 137, 134).
- Vətəndaşların qəbula yazılışı hər gün saat 09.00-dan başlayaraq yuxarıda qeyd olunan əlaqə telefonları ilə, surakhani-ih.gov.az rəsmi internet saytı ilə və ya rayon İcra Hakimiyyətinin inzibati binasında aparılır.
- RİH başçısının səyyar görüş-qəbulları ayda 4 (dörd) dəfədən az olmamaqla hər həftənin çərşənbə günü saat 11.00-da keçirilir.






