Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri davam etdirilir

12 mart 2026 | 14:44
Suraxanıda aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri davam etdirilir
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yol kənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur, çardaqlar və mövcud standartlara uyğun olmayan reklam konstruksiyaları sökülür.
Həyətlərin abadlaşdırılması məqsədilə sakinlər tərəfindən zəbt olunaraq pərakəndə vəziyyətdə salınan bağlar sökülür, ağaclar yuyulur və budanır, onlara aqrotexniki qulluq göstərilir, kol-kos təmizlənir və ərazi səliqəli vəziyyətə gətirilir.
Çoxmərtəbəli yaşayış binalarının fasadları suvanaraq rənglənir, məhəllələrdə təmizlik işləri aparılır, ətraf hasarlar yuyularaq rənglənir.
Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür, eləcə də işıq dirəkləri, qaz boruları rənglənir.
Keçidlər