Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Suraxanı qəsəbəsində aparılan abadlıq işləri çərçivəsində qəsəbədə yerləşən istirahət parkında da əsaslı yenidənqurma işləri davam edir

03 iyul 2026 | 09:35
Yeni Suraxanı qəsəbəsində aparılan abadlıq işləri çərçivəsində qəsəbədə yerləşən istirahət parkında da əsaslı yenidənqurma işləri davam edir.
Qeyd edək ki, parkın ərazisində bordür düzülərək piyada səkiləri salınır, tamet və asfalt örtüyü döşənir, uşaqlar üçün əyləncə zonası və idman qurğuları quraşdırılır. Sakinlərin istirahətinin təşkili məqsədilə söhbətgah, oturacaqlar və tullantı qabları yerləşdirilir, işıqlandırma sistemi yenilənir.
Həmçinin, parkın ərazisində yaşıllıq örtüyü salınır, müxtəlif növ ağaclar və kol bitkiləri əkilir.
Keçidlər