Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev B.Qulamoğlu adına 285 nömrəli tam orta ümumtəhsil məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb

07 yanvar 2026 | 15:19
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir.
Yanvarın 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev B.Qulamoğlu adına 285 nömrəli tam orta ümumtəhsil məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşıldığını, onların problemlərinin operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirən RİH başçısı Adil Əliyev sakinləri dinləyərək aidiyyəti üzrə tapşırıqlar verib.
Səyyar görüşdə fərdi yaşayış evlərinin təmiri, kanalizasiya xəttinin çəkilişi, asfalt örtüyünün salınması, abadlıq işlərinin aparılması, sahibsiz heyvanların artması və s. qaldırılan müraciətlər nəzarətə götürülmüşdür.
Keçidlər