Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər dənizinin sahilində, Hövsan qəsəbəsi, “Antalya” çimərliyinin yaxınlığında təmizlik aksiyası keçirilmişdir

22 avqust 2025 | 16:32
Ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 22 avqust 2025-ci il tarixində Xəzər dənizinin sahilində, Hövsan qəsəbəsi, “Antalya” çimərliyinin yaxınlığında təmizlik aksiyası keçirilmişdir.
Aksiyada Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin və Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı biliyinin işçiləri iştirak etmişdir.
Keçidlər