Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda WUF-13 Beynəlxalq Forumunda iştirak etmiş Latviya nümayəndə heyəti ilə görüş keçirilib

22 may 2026 | 15:58
Suraxanıda WUF-13 Beynəlxalq Forumunda iştirak etmiş Latviya nümayəndə heyəti ilə görüş keçirilib
Suraxanı Rayon İcra hakimiyyətində baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, Qaraçuxur bələdiyyəsinin sədri, qonaqlar - Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Latviya Seyminin Dövlət və yerli özünüidarəetmə orqanları ilə iş komitəsinin sədri, Latviya – Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Oleg Burov, Latviya Yerli Hakimiyyətlər Birliyinin sədri Gints Kaminskis, Riqa şəhərinin vitse-meri Edmunts Sprudzs, Ekapils şəhərinin meri Raivis Raqainis, Latviya Yerli Hakimiyyətlər Birliyinin baş katibi Mudite Prede iştirak ediblər.
Tədbirdə Azərbaycan ilə Latviya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi, şəhərsalma və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar WUF-13 Beynəlxalq Forumunun əhəmiyyətini vurğulayaraq, belə platformaların ölkələr arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanları ətrafında səmərəli dialoq şəraitində davam edib.
Daha sonra qonaqlar Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.
Keçidlər