Suraxanıda növbəti küçə asfaltlanıb
05 mart 2026 | 17:08
Suraxanıda növbəti küçə asfaltlanıb
Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir. Rayonun yol infrastrukturunun yaxşılaşdırılması da əsas prioritet məsələlərdəndir və bu istiqamətdə tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hazırda Rayon İcra Hakimiyyəti tərəfindən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində asfaltlanma işləri aparılır.
Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə həyata keçiriləcək.






