Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda iyunun 4-də təlim keçirilib

06 iyun 2026 | 12:43
Suraxanıda iyunun 4-də təlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlim Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Elşən Zahirli tərəfindən giriş sözü ilə açıq elan edilmiş və Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi Nərmin Ağayeva tərəfindən inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması qaydaları, namizədlərə dair tələblər, vəzifələrin tutulma şərtlərinin müəyyən edilməsi, təhsilə dair tələblərin müəyyənləşdirilməsi, müsahibə proqramlarının hazırlanması, dövlət qulluğu vəzifələrinin idarə edilməsi sistemindən istifadə qaydaları və digər aktual məsələlər barədə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşlarına ətraflı məlumat verilmişdir.
Keçirilən təlim iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə, dövlət qulluğunda vəzifələrin idarə edilməsi sahəsində məlumatlılığın artırılmasına müsbət təsir göstərmişdir. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır
Keçidlər