Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

25 may 2026 | 16:51
“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Əmircan bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 114 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
A.Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Könül Hüseynova müasir dövrdə uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, kibertəhlükəsizlik, sosial şəbəkələrdən düzgün istifadə və valideyn nəzarətinin əhəmiyyəti barədə danışıb.
Tədbirdə şagirdlərin təqdimatında mövzuya uyğun səhnəcik nümayiş etdirilib, maarifləndirici videoçarx təqdim olunub.
Suraxanı RİHB yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun məsləhətçi-psixoloqu Vəfa Qüdrətli çıxış edərək, uşaqların psixoloji təhlükəsizliyinin qorunması, ailə və məktəb əməkdaşlığının vacibliyi barədə fikirlərini bölüşüb.
Əmircan Bələdiyyəsində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyanın üzvü Cəmilə Ağayeva çıxışında rəqəmsal savadlılığın artırılması və uşaqların internet mühitində təhlükələrdən qorunmasının cəmiyyət üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib.
“Loqos” təlim-tədris şöbəsinin rəhbəri, klinik-psixoloq Günel Axundova uşaqların sosial media asılılığı, virtual zorakılıq halları və onların psixoloji təsirləri barədə ətraflı məlumat verib.
Suraxanı Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev internet təhlükəsizliyi, kibercinayətkarlıq və yeniyetmələrin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirin sonunda Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov çıxış edərək belə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb, iştirakçılara təşəkkürünü bildirib.
Keçidlər