Suraxanı RİH kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 may 2026 | 09:43
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, rayonun idarə, müəssisə rəhbərləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.






