Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı RİH başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsə sakinləri ilə səyyar görüş keçirib

04 fevral 2026 | 14:10
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib
Fevralın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə ağacların budanması, məhəllədaxili yollarda asfalt örtüyünün salınması, lift və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.
Keçidlər