Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Ümummilli Lider Heydər Əliyev irsi: Dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası ” adlı tədbir keçirilib

07 may 2026 | 09:19
Suraxanı rayonunda “Ümummilli Lider Heydər Əliyev irsi: Dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası ” adlı tədbir keçirilib
6 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdim etdiyi “Ümummilli Lider Heydər Əliyev irsi: Dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası” adlı tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Veteranlar Şurasının üzvü, "91"-lərin üzvü, Azərbaycan Respublikasının Əməkdar dövlət və elm xadimi, professor Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatlarının sədrləri, idarə, müəssisə-təşkilat rəhbərləri, partiya veteranları, fəallar, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər. Öncə qonaqlar Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov öz çıxışında bildirmişdir ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuş, torpaqlarını azad etmiş, qalib ölkə, qalib xalqıq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələni yaşayırıq. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident, YAP-ın sədri cənab İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
YAP Veteranlar Şurasının üzvü, "91"-lərin üzvü, Azərbaycan Respublikasının Əməkdar dövlət və elm xadimi, professor Sudeyf İmamverdiyev öz çıxışında ən çətin dövrlərə nəzər salaraq demişdir ki, Ümummilli Lider Heydər Əliyev sovet dövründə və müstəqillik qazandıqdan sonra hakimiyyət illərində ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması uğrunda məqsədyönlü siyasət aparıb. Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinə toxunaraq qeyd etmişdir ki, Heydər Əliyev bir möcüzədir. Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev öz çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölməz ideyaları bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır və aktuallığını itirmir.
Tədbirin sonunda rayonun ictimai və siyasi həyatında fərqlənən bir qrup YAP üzvünə fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Mərasim mədəniyyət və incəsənət xadimlərinin hazırladığı bədii proqramla davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib
Keçidlər