Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 226 №-li tam orta məktəbdə keçirilib

07 aprel 2026 | 10:32
Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 226 №-li tam orta məktəbdə keçirilib
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis mayoru Vüsal Mərdanov, İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis polkovnik-leytenantı Zaur Qədirov, Baş inspektor polis polkovnik-leytenantı Elsevər Qurbanov, inspektor İlahə Balayeva iştirak ediblər.
Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib, tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər