Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 208 və 146 №-li tam orta məktəblərdə keçirilib

16 fevral 2026 | 16:58
Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" və "Erkən nikaha qarşı mübarizə" mövzularında maarifləndirici tədbirlər 208 və 146 №-li tam orta məktəblərdə keçirilib
Tədbirlərdə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, Rayon Polis İdarəsinin İctimai Təhükəsizlik Şöbəsinin rəisi polis polkovnik-leytenantı Zaur Qədirov, YYÇ rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, 31-ci polis şöbəsinin rəisi polis polkovniki Ülvi Məmmədov, məktəb direktorları, şagird və müəllimlər iştirak ediblər.
Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib, tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər