Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbirlər Hövsan qəsəbəsində yerləşən 76 №-li və Qaraçuxur qəsəbəsində 282 №-li tam orta ümumtəhsil məktəblərində keçirilib

17 aprel 2026 | 13:19
Suraxanı rayonunda növbəti dəfə "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbirlər Hövsan qəsəbəsində yerləşən 76 №-li və Qaraçuxur qəsəbəsində 282 №-li tam orta ümumtəhsil məktəblərində keçirilib.
Tədbirlərdə Suraxanı rayon Polis İdarəsinin rəis müavini polis- kapitanı Elmar Kərimov, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları – Böyük məsləhətçi-uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asəf Əmrahov, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Ləman Həşimova, Suraxanı RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, 30-cu Polis şöbəsinin rəis müavini polkovnik-leytenantı Cəmil Məmmədov, 33-cü Polis şöbəsinin rəis müavini polis mayoru Azər İsmayılzadə, RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Məhəmməd Xammətov, Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin baş inspektoru Emin Məmmədov, inspektorlar polis polkovnik leytenantı Əli Abbasov və İlahə Balayeva iştirak ediblər.
Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib, tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər