Suraxanı rayonunda növbəti abadlıq-quruculuq işləri davam etdirilir
01 avqust 2025 | 16:11
Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə Milli Məclisin deputatı Afət xanım Həsənovanın və Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltlanma işləri davam etdirilir.
Hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində 3500 kv/m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.






