Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbirlər Qaraçuxur qəsəbəsində yerləşən 341 №-li və 346 №-li tam orta ümumtəhsil məktəblərində keçirilib

25 sentyabr 2026 | 10:12
Suraxanı rayonunda "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbirlər Qaraçuxur qəsəbəsində yerləşən 341 №-li və 346 №-li tam orta ümumtəhsil məktəblərində keçirilib.
Tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları – Böyük məsləhətçi-uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asəf Əmrahov, İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi - uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Vəfa Qüdrətli, Suraxanı rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovnik leytenantı Elmin Zalov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, həmin bölmənin baş inspektoru, polis mayoru Emin Məmmədov, 32-ci polis şöbəsinin rəis müavini, polis mayoru Fikrət Yuniszadə iştirak ediblər.
Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nikahların fəsadları ilə bağlı ətraflı məlumat verilib, tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub
Keçidlər