Suraxanı rayonunda iməcilik və abadlıq işləri davam edir
10 avqust 2025 | 09:48
Ətraf mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayonun qəsəbələrində iməcilik işləri aparılıb, zərərli olan müxtəlif məişət, polietilen tullantılar ətraf ərazidən yığışdırılıb, yabanı, quru alaq otlar təmizlənib.






