Suraxanı rayonunda Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin 56-cı ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksi ziyarət olunub.
14 iyul 2025 | 13:00
Suraxanı rayonunda Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin 56-cı ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksi ziyarət olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, rayon ağsaqqallar şurasının sədri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.






