Suraxanı rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təşviqi və sosial reinteqrasiyası istiqamətində silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldirilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Suraxanı rayonu ərazisində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təşviqi və sosial reinteqrasiyasına dəstək məqsədilə silsilə tədbirlər həyata keçirilib. Tədbirlərin əsas məqsədi azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyasının dəstəklənməsi, onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də işəgötürənlər arasında sosial məsuliyyət və inklüziv məşğulluq prinsiplərinin təşviqindən ibarət olub. Fəaliyyət Planının 8.5.1-ci yarımbəndinə uyğun olaraq, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən işəgötürənlərin müsbət təcrübələrinin toplanması və ictimaiyyətə təqdim olunması məqsədilə müvafiq müzakirələr aparılıb. Bu istiqamətdə əldə edilmiş təcrübələrin nümunəvi model kimi formalaşdırılması və gələcəkdə geniş tətbiqi imkanları diqqət mərkəzində saxlanılıb.
8.5.2-ci yarımbənd çərçivəsində azad edilmiş və uğurlu əmək fəaliyyəti ilə seçilən şəxslərin həyat hekayələrinin mediada və sosial şəbəkələrdə işıqlandırılması həyata keçirilib. Hazırlanan sosial xarakterli materiallar onların cəmiyyətə uğurlu inteqrasiyasının təşviqinə, eyni zamanda ictimai stereotiplərin aradan qaldırılmasına xidmət edib.Həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, sahibkarlar və digər maraqlı tərəflərin iştirakı ilə görüşlər təşkil olunub. Görüşlər zamanı azad edilmiş şəxslərin məşğulluq imkanlarının artırılması, işəgötürənlərin bu prosesdə iştirakının stimullaşdırılması, sosial tərəfdaşlıq mexanizmləri və əmək bazarında inklüziv yanaşmanın tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
8.5.3-cü yarımbənd üzrə isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirilib. İşəgötürənlər üçün təqdimatlar və məlumat sessiyaları təşkil olunaraq inklüziv əmək bazarının inkişafı, sosial adaptasiya imkanları və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.Keçirilən tədbirlər sosial reabilitasiya proseslərinin gücləndirilməsi, insan kapitalının inkişafı və cəmiyyətə uğurlu reinteqrasiyanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






