Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu 208 nömrəli tam orta ümumtəhsil məktəbində həmin məktəbin adını daşıyan şəhid Həmidov Nəriman Qəzənfər oğlunun anadan olmasının 78-ci ildönümünə həsr olunmuş “Xatirələrdə qalan ömür” adlı tədbir keçirilib

29 oktyabr 2026 | 10:35
Suraxanı rayonu 208 nömrəli tam orta ümumtəhsil məktəbində həmin məktəbin adını daşıyan şəhid Həmidov Nəriman Qəzənfər oğlunun anadan olmasının 78-ci ildönümünə həsr olunmuş “Xatirələrdə qalan ömür” adlı tədbir keçirilib.
Tədbirdə şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun həyat yolu, Vətənə sədaqəti, göstərdiyi qəhrəmanlıq və gələcək nəsillərə örnək olan mənəvi irsi haqqında məlumat verilib.
Çıxış edən qonaqlar şəhidlərimizin vətən qarşısındakı əvəzsiz xidmətlərindən, onların xatirəsinin daim uca tutulmasının və qəhrəmanlıq səlnaməsinin gənc nəslə çatdırılmasının mühüm əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirin bədii hissəsində məktəblilər tərəfindən vətənpərvərlik, Vətən sevgisi, qəhrəmanlıq mövzularında şerlər səsləndirilib, mahnılar ifa olunub.
Tədbir çərçivəsində Azəbaycan yazıçılar birliyinin üzvü Raziyə Kamilqızı Zəfər salnaməsi adlı kitabını təqdim edib.
Keçidlər