Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihəyə start verilib

25 avqust 2025 | 09:01
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihəyə start verilib
Layihə çərçivəsində xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qəyyur Yunusla gənclərin görüşü təşkil olunub. Rəssamın Əmircan qəsəbəsində yerləşən emalatxanasında keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova və yüksək nailiyyət qazanmış rayon gəncləri iştirak ediblər.
Ölkəmizin milli rəngkarlıq məktəbinin inkişafına layiqli töhfələr bəxş etmiş Qəyyur Yunus yaradıcılığı ilə bağlı gənclərə öz dəyərli tövsiyələrini verib.
Qeyd edək ki, davam edəcək layihə çərçivəsində nəsillərarası əməkdaşlığı gücləndirmək, həmrəylik yaratmaq, gənclərin sosial, peşəkar və şəxsi inkişafına dəstək olmaq məqsədilə müxtəlif peşə və sahələr üzrə təcrübəli ahılların zəngin həyat və peşə təcrübəsi gənclərlə bölüşüləcək.
Keçidlər