Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihə çərçivəsində növbəti görüş yunan-roma güləşi üzrə Azərbaycan SSR-nin əməkdar məşqçisi Əli Paşayev ilə təşkil olunub

29 avqust 2025 | 16:22
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihə çərçivəsində növbəti görüş yunan-roma güləşi üzrə Azərbaycan SSR-nin əməkdar məşqçisi Əli Paşayev ilə təşkil olunub.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim Hicran Şərifov iştirak ediblər.
Ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən rayon məzunlarını təbrik edən Əli Paşayev onlara ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulayıb. Hazırda ölkə xaricində ölkəmizi layiqincə təmsil edən 80 yaşlı əməkdar məşqçi sağlam qalmağın yolları, eləcə də qazandığı uğurlar haqqında gənclərə məlumat verib.
Eyni zamanda, Hicran Şərifov da gənclərə seçdikləri ixtisaslara dərindən yiyələnərək gələcəkdə böyük uğurlara imza atmağı arzu edib, həmçinin vurğulayıb ki, uğurlu karyera qurmaq üçün yalnız nəzəri bilik kifayət etmir, eyni zamanda analitik düşüncə, kommunikasiya bacarıqları və texnoloji biliklər də tələb olunur ki, bütün bunlar keyfiyyətli təhsilin nəticəsində formalaşır.
Görüş zamanı əməkdar məşqçi Əli Paşayev tərəfindən tatami üzərində fəndlər və qaydalar praktiki olaraq göstərilib, sonda xatirə şəkilləri çəkilib.
Keçidlər