Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihə çərçivəsində növbəti görüş “Suraxanı maşınqayırma zavodu” ASC-də uzun illər direktor vəzifəsində çalışmış, rayon Ağsaqqallar şurasının sədri Arif Babayev ilə təşkil olunub

27 avqust 2025 | 12:33
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihə çərçivəsində növbəti görüş “Suraxanı maşınqayırma zavodu” ASC-də uzun illər direktor vəzifəsində çalışmış, rayon Ağsaqqallar şurasının sədri Arif Babayev ilə təşkil olunub.
Ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edən rayon məzunlarının bir qismi növbəti dəfə “Suraxanı maşınqayırma zavodu” ASC-də ekskursiyada olaraq Arif Babayevin və zavodun məsul əməkdaşlarının təcrübələrindən faydalanıblar.
60 ildən artıq əmək fəaliyyətini neft-maşınqayırma sənayesinin inkişafına həsr etmiş Arif Babayev gənclərə müəssisə barədə ətraflı məlumat verib. Sonra isə gənclər istehsal prosesi ilə əyani şəkildə tanış olub, zavodun fəaliyyət istiqamətləri və istehsal prosesi barədə mütəxəssislər tərəfindən məlumatlandırılıblar.
Eyni zamanda, “Suraxanı maşınqayırma zavodu” ASC tərəfindən gənclərə hədiyyələr təqdim olunub.
Keçidlər