Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü oktyabrın 7-də Əmircan qəsəbəsində yerləşən 154 №-li tam orta ümumtəhsil məktəbində təşkil olunub
07 oktyabr 2026 | 14:39
Suraxanıda vətəndaşlarla növbəti səyyar görüş keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü oktyabrın 7-də Əmircan qəsəbəsində yerləşən 154 №-li tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərə toxunaraq, dövlət başçısının ölkəmizin qarşıdakı inkişaf mərhələsi üçün mühüm strateji istiqamətləri müəyyənləşdirdiyini bildirib. Ölkənin iqtisadi potensialının gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı prioritetləri diqqətə çatdıran RİH başçısı bu vəzifələrin yerinə yetirilməsində yerli səviyyədə məsuliyyətli fəaliyyətin və ardıcıl işin əhəmiyyətini vurğulayıb.
Səyyar görüşdə sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.






