Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü oktyabrın 1-də Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı tam orta ümumtəhsil məktəbində keçirilib

01 oktyabr 2026 | 14:22
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü oktyabrın 1-də Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib.
O, səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən məhəllədaxili yolların təmiri, küçələrin işıqlandırılması və digər sosial yönümlü məsələlərlə bağlı olub.
RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Keçidlər