Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü martın 4-də Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 279 saylı tam orta ümumtəhsil məktəbində keçirilib
04 mart 2026 | 16:10
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü martın 4-də Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 279 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə vətəndaşlar əsasən su təchizatında yaranan problemlər, sahibsiz küçə itlərinin sayının artması, bəzi küçə və məhəllədaxili yolların asfaltlanmasına ehtiyac olması, parkın salınması ilə bağlı müraciətlər səsləndiriblər.
RİH başçısı Adil Əliyev tərəfindən müraciətlər dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.
Eyni zamanda, hazırda dünyada mürəkkəb siyasi proseslərin getdiyi bir dövrdə ölkəmizin sabitliyinin və təhlükəsizliyinin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıran Adil Əliyev bildirib ki, bu gün vətəndaşların problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O, qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması və sahibkarlığın inkişafı məqsədilə müxtəlif dövlət proqramları və layihələr reallaşdırılır.






