Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyunun 23-də Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta ümumtəhsil məktəbində keçirilib

23 iyun 2026 | 17:49
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyunun 23-də Hövsan qəsəbəsində yerləşən 280 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Vətəndaşlar əsasən yaşayış binasının təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, su təchizatında yaranmış problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.
RİH başçısı Adil Əliyev tərəfindən müraciətlər dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.
Keçidlər