Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyulun 1-də Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı tam orta ümumtəhsil məktəbində keçirilib

01 iyul 2026 | 16:08
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyulun 1-də Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Vətəndaşlar əsasən kanalizasiya sistemindəki nasazlığın aradan qaldırılması, parkın təmir olunması, sahibsiz heyvanların artması və işqlandırma məsələləri ilə bağlı problemlərin aradan qaldırılmasına dair müraciətlər səsləndiriblər.
RİH başçısı Adil Əliyev tərəfindən müraciətlər dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.
Keçidlər