Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü aprelin 1-də Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta ümumtəhsil məktəbində keçirilib
01 aprel 2026 | 09:51
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü aprelin 1-də Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Vətəndaşlar əsasən bəzi küçə və məhəllədaxili yolların asfaltlanması, işıqlandırılması, piyada keçidi və avtobus dayanacağının quraşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
RİH başçısı Adil Əliyev tərəfindən müraciətlər dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.






