Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri Yeni Suraxanı, Binə, Hövsan, Zığ, Sabunçu və Qala qəsəbələrində vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər

25 sentyabr 2025 | 16:55
27 sentyabr – Anım günü ərəfəsində Suraxanı rayonunda şəhid məzarları ziyarət edilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri Yeni Suraxanı, Binə, Hövsan, Zığ, Sabunçu və Qala qəsəbələrində vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhid valideynlərinə uca tanrıdan səbr, şəhidlərimizə rəhmət diləyən RİH başçısı torpaqlarımızın düşmən tapdağından azad olunmasında fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsinin gələcək nəsillər tərəfindən də hər zaman uca tutulacağını və qəlblərdə əbədi yaşayacağını vurğulayıb.
Keçidlər