Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin müdiri Məmmədov Mais İlyas oğlunu 65 illik yubileyi münasibətilə təbrik edib və onu rayonun sosial-iqtisadi həyatında uzun illər səmərəli fəaliyyətinə görə təltif edib
30 aprel 2026 | 17:12
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin müdiri Məmmədov Mais İlyas oğlunu 65 illik yubileyi münasibətilə təbrik edib və onu rayonun sosial-iqtisadi həyatında uzun illər səmərəli fəaliyyətinə görə təltif edib.
RİH başçısı yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mais Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, peşəkarlığı, işinə məsuliyyətli yanaşması və nüfuzu ilə rayon ictimaiyyətinin hörmətini qazanmış Mais Məmmədov uzun illər ərzində rayonun mənzil-kommunal təsərrüfatı sahəsində səmərəli fəaliyyəti ilə seçilmiş, rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir.






