Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Nizami Kino Mərkəzində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun anadan olmasının 30 illiyinə həsr olunmuş “Zakirin essesi” sənədli filminin təqdimat mərasimində iştirak edib
02 may 2026 | 09:06
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Nizami Kino Mərkəzində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun anadan olmasının 30 illiyinə həsr olunmuş “Zakirin essesi” sənədli filminin təqdimat mərasimində iştirak edib.
Tədbirdə rəsmi qonaqlar, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Təqdimat mərasimində çıxış edən Adil Əliyev qeyd edib ki, Azərbaycan xalqı Vətən uğrunda qəhrəmancasına şəhid olmuş övladlarının xatirəsini daim uca tutur və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Həmçinin, Adil Əliyev çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad edib. O, şəhidlərimizin qanının yerdə qalmadığını və bu qələbənin xalqımızın milli birliyinin, gücünün və qətiyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb. RİH başçısı vurğulayıb ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub və bu, dövlətimizin gücünün növbəti təzahürü kimi tarixə düşüb.
Tədbirdə Zakir Cəfərovun həyat və döyüş yolundan bəhs edən “Zakirin essesi” filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və şəhidin keçdiyi şərəfli həyat yolu bir daha xatırlanıb.






