Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev avqust ayının 26-da Hövsan qəsəbəsində növbəti səyyar görüş keçirib

26 avqust 2025 | 14:49
Suraxanıda RİHB-nin səyyar görüşləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü Hövsan qəsəbəsinin sakinləri ilə keçirilib.
RİH başçısı Adil Əliyevin 270 nömrəli tam orta məktəbdə keçirilən qəbulunda RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Adil Əliyev ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzundan, ölkədə həyata keçirilən islahatlardan, eləcə də rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən ətraflı məlumat verib.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər