Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Lalə Abbasəli qızını yubileyi münasibətilə təbrik edib və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib

14 may 2026 | 14:10
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Lalə Abbasəli qızını yubileyi münasibətilə təbrik edib və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
RİH başçısı Lalə Qətiyə möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Lalə Qəti uzun illər ərzində təhsil və gənclərin inkişafı sahəsində göstərdiyi səmərəli fəaliyyəti, uşaqların və yeniyetmələrin maariflənməsi istiqamətində həyata keçirdiyi layihələr, eləcə də gənc nəslin vətənpərvər ruhda formalaşdırılması istiqamətindəki xidmətləri ilə daim seçilib. Onun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və sosial fəallığının artırılmasına mühüm töhfə verib.
Keçidlər