Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bir neçə müəssisə rəhbərini yubileyləri münasibətilə təbrik edib

13 aprel 2026 | 15:58
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Eyvazov Şaban Hümmət oğlunu, Ə.Eyvazov adına 275 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Hüseynov Elnur İsmayıl oğlunu, Əlövsət Vəliyev adına körpələr evi-uşaq bağçasının müdiri Azayeva Aygün Fazil qızını və 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yusifova Səadət Nəsiman qızını yubileyləri münasibətilə təbrik edib.
Yubilyarları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edən Adil Əliyev onlara ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayıb.
Keçidlər