Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mygov platformasından istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirilir
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın və “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Bildiyiniz kimi, 2 sentyabr 2026-cı il tarixində “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiq edilmişdir.
Yol Xəritəsinin 2.1-ci alt tədbirinin – “Vətəndaşların mygov tətbiqini yükləmələrinə və qeydiyyatdan keçmələrinə dəstək göstərilməsi”, 5.1-ci alt tədbirinin – “mygov üzərindən təqdim olunan xidmətlərdən istifadənin təşviq edilməsi” və 5.2-ci alt tədbirinin – “Fiziki xidmətlərə müraciətin azaldılması” icrası istiqamətində rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Belə ki, rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılovun təşkilatçılığı ilə RİHB-nin müavinlərinin, sektor müdirlərinin, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Yol Xəritəsinin müvafiq alt tədbirlərinin icrası, mygov platformasından istifadənin təşviq edilməsi, vətəndaşların tətbiqi yükləmələrinə və platformada qeydiyyatdan keçmələrinə dəstək göstərilməsi, habelə rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Görüş zamanı aidiyyəti şəxslərə vətəndaşların mygov tətbiqini yükləmələrinə və platformada qeydiyyatdan keçmələrinə zəruri köməklik göstərilməsi, onların mygov üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəyə təşviq edilməsi, elektron xidmətlərdən yararlanmaq üçün vətəndaşlara praktiki dəstək göstərilməsi, habelə bu istiqamətdə maarifləndirmə və təbliğat tədbirlərinin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən müəyyən edilmiş məsul şəxs tərəfindən vətəndaşlarla maarifləndirici görüş keçirilmiş, onlara mygov tətbiqinin yüklənməsi, platformada qeydiyyatdan keçilməsi, mygov üzərindən təqdim olunan elektron xidmətlər və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, vətəndaşların mygov tətbiqini yükləmələrinə, platformada qeydiyyatdan keçmələrinə və elektron xidmətlərdən istifadə etmələrinə praktiki dəstək göstərilmişdir.
Bununla yanaşı, Yol Xəritəsinin 5.2-ci alt tədbirinin icrası çərçivəsində fiziki xidmətlərə müraciətlərin azaldılması və elektron xidmətlərdən istifadənin genişləndirilməsi məqsədilə vətəndaşların mygov platformasından istifadəyə cəlb olunması, platformada qeydiyyatdan keçmələrinə şərait yaradılması və elektron xidmətlərdən müstəqil şəkildə yararlanmalarına dəstək göstərilməsi istiqamətində işlər həyata keçirilmişdir.
Qeyd olunan tədbirlər çərçivəsində mygov platformasının imkanları barədə vətəndaşların məlumatlandırılması, tətbiqin yüklənməsi və qeydiyyat prosesinə praktiki dəstəyin göstərilməsi, habelə elektron xidmətlərdən istifadənin təşviq edilməsi istiqamətində tədbirlərin davamlı şəkildə həyata keçirilməsi təmin olunur






