Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, RİHB yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Könül Axundova və komissiyanın üzvləri “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər
25 iyun 2026 | 19:29
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, RİHB yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Könül Axundova və komissiyanın üzvləri “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər.
Görüş zamanı sığınacağın rəhbəri Nigar Mənsimova və psixoloq Rabia Aslan müəssisənin fəaliyyəti, uşaqlara göstərilən sosial-psixoloji dəstək, həyata keçirilən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat veriblər.
Ziyarət zamanı uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması, mövcud vəziyyət və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Ümid Yeri” İctimai Birliyinin fəaliyyəti, sığınacaqda həyata keçirilən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Komissiya üzvləri sığınacaqda yaradılan şəraitlə yaxından tanış olub, uşaqların təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyini vurğulayıblar.
Görüşdə uşaqların hüquqlarının daha effektiv müdafiəsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.






