Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Gənclər evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Biz Xocalıya qayıtdıq” adlı anım tədbiri keçirilib

25 fevral 2026 | 17:15
Suraxanı Gənclər evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Biz Xocalıya qayıtdıq” adlı anım tədbiri keçirilib.
Tədbirdə Suraxanı və Xocalı Rayon İcra Hakimiyyətlərinin, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin nümayəndələri, Xocalı faciəsinin canlı şahidləri, işgəncələrə məruz qalmış Xocalı sakinləri, gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi və tarixi həqiqətlərin gənclərə çatdırılması olub.
Tədbirdə çıxış edən qonaqlar Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir. Bu soyqırım bizim milli yaddaşımızın ayrılmaz hissəsidir və bu hadisə bir daha göstərdi ki, torpaq, vətən, dövlət müstəqilliyi asanlıqla qorunmur, onun arxasında şəhidlərin qanı dayanır.
Keçidlər