Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 24-də RİH başçısı Adil Əliyev Hövsan qəsəbəsində yerləşən 281 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib

24 sentyabr 2025 | 16:24
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Sentyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Hövsan qəsəbəsində yerləşən 281 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Suraxanı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlər, o cümlədən həyata keçirilən abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermiş və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.
A.Əliyev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Keçidlər