Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib

23 sentyabr 2026 | 16:41
Suraxanıda səyyar görüşlər davam edir
Sentyabrın 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasının dayandığını qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərin qaldırdıqları problemlərin, onları narahat edən sosial məsələlərin həlli daim nəzarətdə saxlanılır.
Səyyar görüşlərdə sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər