Sentyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib
17 sentyabr 2025 | 16:41
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Sentyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşıldığını, onların problemlərinin operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirən RİH başçısı Adil Əliyev sakinləri dinləyərək aidiyyəti üzrə tapşırıqlar verib.
Səyyar görüşdə su, kanalizasiya təchizatında yaranmış problemlər, asfalt örtüyünün döşənməsi, abadlıq işlərinin aparılması və s. qaldırılan müraciətlər nəzarətə götürülmüşdür.






