Şriftin ölçüsü :

Saytın rəngi :

RİHB-nin səyyar görüşləri davam edir

23 iyul 2025 | 12:49
RİHB-nin səyyar görüşləri davam edir
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyulun 23-də Yeni Suraxanı qəsəbəsi 316 saylı tam orta məktəbdə keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən su təchizatında son günlər yaranmış fasilələr, asfalt örtüyünün vurulması, kanalizasiya xətlərinin çəkilməsi, nəqliyyat problemləri və s. bir sıra digər məsələlərlə bağlı olub. Qeyd edilən müraciətlərin bir qismi həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər