RİH başçısı Adil Əliyev sakinlərlə növbəti görüşünü keçirdi
17 iyun 2026 | 09:26
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü iyunun 17-də Zığ qəsəbəsində yerləşən 65 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar, bəzi məsələlərlə bağlı sakinlərə ətraflı izahatlar verib.
Görüş zamanı çıxış edən Adil Əliyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Bakı şəhəri və onun qəsəbələrində də genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial və infrastruktur layihələri uğurla icra olunur. Qeyd olunub ki, dövlət proqramları çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, içməli su və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, yeni sosial obyektlərin tikintisi, yaşayış məhəllələrinin abadlaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Rayon rəhbəri vurğulayıb ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması, insanların problemlərinin yerində dinlənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə səyyar qəbulların keçirilməsi və qaldırılan məsələlərin həlli daim nəzarətdə saxlanılır






