Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı və 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

26 may 2026 | 14:37
“Ballı” marketlər şəbəkəsinin təşəbbüsü ilə Suraxanı Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı əsasında Qurban bayramı və 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
Nəqqaş restoranında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Habil Əliyev, Sosial Xidmətlər Agentliyinin Sosial Ehtiyacların qiymətləndirilməsi üzrə mərkəzi filialın müdiri Rafiq Zamanov, “Ballı” Marketlər Şəbəkəsinin müdiri Elman Əsədov, RİHB-nin müavinləri və Bakı Regional Məşğulluq filialının nümayəndələri, eləcə də 370 nəfərdən artıq fiziki məhdudiyyətli və müxtəlif uşaq evlərində yaşayan azyaşlılar iştirak ediblər.
Tədbirdə uşaqlar üçün maraqlı əyləncə proqramları, musiqili çıxışlar, interaktiv oyunlar nümayiş olunub və onlara xüsusi hədiyyələr təqdim edilib.
Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eyni zamanda dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində sosial məsuliyyət nümunəsini nümayiş etdirməkdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Habil Əliyev, Sosial Xidmətlər Agentliyinin Sosial Ehtiyacların qiymətləndirilməsi üzrə mərkəzi filialın müdiri Rafiq Zamanov, “Ballı” Marketlər Şəbəkəsinin müdiri Elman Əsədov uşaqların sosial rifahının yüksəldilməsi, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə daim diqqət göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu kimi layihələr cəmiyyətin həssas təbəqələrinə göstərilən qayğının və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbir uşaqların yaddaşında xoş təəssüratlar yaradıb, onların sevinc dolu anlar yaşamasına səbəb olub.
Keçidlər