Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 9-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim təşkil olunub

09 oktyabr 2026 | 15:20
Oktyabrın 9-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim təşkil olunub.
Tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Elşən Zahirli açıq elan edərək keçirilən təlimlərin əməkdaşların hüquqi biliklərinin və praktiki bacarıqlarının inkişafındakı rolunu qeyd edib. O, mülkiyyət hüququnun dövlət idarəçiliyində və vətəndaşların hüquqlarının təmin edilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında mülkiyyət hüququnun əsas insan hüquqlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu hüququn səmərəli müdafiəsi qanunvericilik tələblərinə əməl olunması ilə yanaşı, dövlət orqanlarının qərar və fəaliyyətlərində insan hüquqları prinsiplərinin nəzərə alınmasını da zəruri edir.
Təlim zamanı İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Əliyev mövzu üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun müdafiəsinin cinayət və inzibati xəta qanunvericiliyi ilə təmin olunması məsələləri nəzərdən keçirilib. Həmçinin mülkiyyət əleyhinə olan əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumatları diqqətə çatdırılıb.
Praktiki hissədə mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hüquqi situasiyalar nümunə kimi iştirakçıların müzakirəsinə təqdim edilib. İştirakçılar nümunələri hüquqi baxımdan təhlil ediblər, vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparıblar.
Təlimin yekununda iştirakçıların hər biri sertifikatla təltif olunub
Keçidlər