Oktyabrın 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 №-li tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib
08 oktyabr 2025 | 16:24
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Oktyabrın 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən 315 №-li tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ötən həftə ölkəmizdə keçirilən III MDB oyunları, eləcə də ötən gün Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında məlumat verərək qeyd edib ki, belə mötəbər tədbirlərə ev sahibliyi etmənin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
A.Əliyev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən sahibsiz heyvanların artması, kanalizasiya sisteminin qurulması və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.






