Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

24 oktyabr 2026 | 12:02
Oktyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
Sərgi çərçivəsində nümayiş etdirilən kitablar, müxtəlif nəşrlər və yaradıcılıq nümunələri ilə yaxından tanış olan RİH başçısı, həmçinin fiziki məhdudiyyətli şəxslərin hazırladıqları əl işlərinə baxış keçirib.
O, əl işlərinin müəllifləri ilə səmimi söhbət edib, onların yaradıcılıq fəaliyyəti ilə maraqlanıb və nümayiş etdirilən nümunələri yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, SOCAR-ın əsas tərəfdaşlığı ilə 21–27 oktyabr tarixlərində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 32 ölkədən 200-dək təşkilat iştirak edir. Sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.
Keçidlər