Oktyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib
19 oktyabr 2026 | 11:58
Oktyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.
RİH başçısı vətəndaşları fərdi qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






