Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirib

01 oktyabr 2025 | 14:41
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Oktyabrın 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən 275 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev hazırda ölkəmizdə keçirilən III MDB oyunları haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan təkcə MDB aləmində deyil, bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu tədbirə ev sahibliyi edir. RİH başçısı bildirib ki, belə mötəbər idman yarışlarına ev sahibliyi etmənin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
A.Əliyev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, yaşayış binalarının və məhəllələrin abadlaşdırılmas, və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və nəzarətdə saxlanılması ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Keçidlər